Ölkə futbolu
Futbol matçı zamanı faciə
Honduras çempionatında "Motaqua" və "Proqreso&…
Honduras çempionatında "Motaqua" və "Proqreso" komandaları arasında keçirilən futbol matçında faciə baş verib. Oyundan əvvəl yaşanan izdihamda ən azı 5 nəfər ölüb, 25-i yaralanıb.
Xəstəxanadan bildirilib ki, olaylara stadiona girməyə çalışan tərəfdarlara polisin atdığı qaz bombası səbəb olub. Qazdan qaçmağa çalışan azarkeşlər bir-birilərini əzməyə başlayıblar.
Qeyd edək ki, insidentə baxmayaraq, Tequsiqalpa şəhər stadionundakı görüş təxirə salınmayıb. Bir dəqiqəlik sükutla başlanan qarşılaşma "Motaqua"nın qələbəsi ilə yekunlaşıb – 3:0.