Dünya futbolu
Paytaxt klubu baş məşqçisi ilə vidalaşdı
İtaliyanın "Roma" klubu baş məşqçisi Luça…
İtaliyanın "Roma" klubu baş məşqçisi Luçano Spaletti ilə yolları ayırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Ona gələcək karyerasında uğurlar arzulanıb. "Roma" bu mövsüm Spalettinin rəhbərliyi altında İtaliya A Seriyasını ikinci pillədə tamamlayaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
Paytaxt təmsilçisinin yeni baş məşqçisinin Eysebio di Françesko olacağı iddia edilir. Spalettinin isə Milan "İnter"inə keçəcəyi barədə xəbərlər yayılmaqdadı.