Ölkə futbolu
Makoli isti havadan ehtiyatlanır
“Azərbaycanla oyunun bizim çox böyük əhəmiyy…
“Azərbaycanla oyunun bizim çox böyük əhəmiyyəti var. Bu görüşdə oynamaq üçün şərtlər ağır olacaq. İsti havanı nəzərə almalıyıq” – bu sözləri Şimali İrlandiya millisinin müdafiəçisi Qaret Makoli bildirib.
İyunun 10-da Bakıda Azərbaycan və Şimali İrlandiya komanları arasında DÇ-2018-in seçmə oyunu keçiriləcək. İngiltərənin “Vest Bromviç” klubunun da şərəfini qoruyan 38 yaşlı futbolçu inandığını deyib ki, komanda yoldaşları bütün güclərini yenicə başa çatan mövsümə sərf etməyiblər və yaxşı formadadırlar: “Azərbaycanla oyun bizim üçün vacibdir. Biz bu matçda üç xal qazanmalıyıq. Bundan sonra bizi ev oyunları gözləyir”.