Ölkə futbolu
Emin Cəfərquliyev seçim qarşısında
Son 2 mövsümü AZAL-da keçirən Emin Cəfərquliy…
Son 2 mövsümü AZAL-da keçirən Emin Cəfərquliyevin taleyinə yaxın günlərdə aydınlıq gələcək. Futbolinfo.az xəbər verir ki, şüvəlanlılardan ayrılan müdafiəçi seçim qarşısındadı.
Bir müddət əvvəl adı “Kəpəz”lə çəkilən sabiq “təyyarəçi” keçidinin niyə baş tutmadığını açıqlayıb:
“Təxminən 1 ay, 20 gün əvvəl “Kəpəz” rəhbərliyi ilə danışıqlarımız olub. Bir nəfər vasitəsilə təklif olunmuşam, sadəcə, deyiblər ki, taktikamıza uyğun gəlmir”.
O, karyerasını ölkə xaricində davam etdirə bilər. Saytımıza açıqlama verən Cəfərquliyev Türkiyə Bal liqasından və PTT 1-ci liqadan təklif aldığını təsdiqləyib: “PTT 1-ci liqa və Bal liqasından təklif almışam. Bal liqası daha real şərtlərlədi, sadəcə, aşağ liqa olduğuna görə hələ ki, qərar verməkdə tələsmirəm. Bundan başqa yerli klublardan da təkliflər almışam. Bunlardan biri Premyer Liqa, ikisi divizion təmsilçisidi. 4-5 gün ərzində qərar verəcəm”.