Ölkə futbolu
3×3 turniri üzrə qaliblər müəyyənləşdi
AFFA-nın dəstəyi ilə “Grassroots” layihəsi çə…
AFFA-nın dəstəyi ilə “Grassroots” layihəsi çərçivəsində Bayıl stadionunda qızlar və oğlanlar arasında 3×3 turniri keçirilib. Futbolinfo.az xəbər verir ki, turnir iki yaş qrupu üzrə – 2008-2010 və 2005-2007 – təşkil olunub. 2008-2010-cu il təvəllüdlü qızlardan ibarət 16 komanda (80 futbolçu), 2005-2007-ci il təvəllüdlü qızlardan ibarət 19 komanda (95 futbolçu 2008-2010-cu il təvəllüdlü oğlanlardan ibarət 16 komanda (80 futbolçu), 2005-2007-ci il təvəllüdlü oğlanlardan ibarət 32 komanda (160 futbolçu) qeydiyyatdan keçib.
Ümumilikdə 300 nəfərdən artıq iştirakçı qeydə alınıb ki, onlardan 90%-i yeni iştirakçıdır.
2008-2010 yaş qrupu (qızlar)
III yer – Aslanlar
II yer – Xəzər
I yer – Viktoriya
2005-2007 yaş qrupu (qızlar)
III yer – Amasya
II yer – Fidan
I yer – Gömrükçü
2008-2010 yaş qrupu (oğlanlar)
III yer – MOİK
II yer – Viktoriya
I yer – Gömrükçü
2005-2007 yaş qrupu (oğlanlar)
III yer – Fənərbaxça
II yer – Xəzər-2
I yer – Güclülər