Dünya futbolu
İtaliya A seriyası – ən məhsuldar çempionat!
Futbol üzrə İtaliya A Seriyası qol məhsuldarlığına gö…
Futbol üzrə İtaliya A Seriyası qol məhsuldarlığına görə 2016/17 mövsümündə TOP-5 ölkələrinin ən yaxşı çempionatı olub. Futbolinfo.az xəbər verir ki, İtaliya çempionatında son mövsümdə orta hesabla 2.96 qol vurulub.
İkinci yeri 2.94 qolla İspaniya La Liqası tutub. Almaniya Bundesliqası son 27 ildə ilk dəfə olaraq bu göstəricidə lider ola bilməyib. Həmin çempionatda məhsuldarlıq 2.87 qol olub.
Reytinqdə dördüncü yeri İngiltərə Premyer Liqası (2.87), beşinci yeri isə Fransa liqası (2.61) tutub.