Ölkə futbolu
Mahrezdən vida açıqlaması
Əlcəzair millisinin üzvü Riyad Mahrez klubunu dəyişəcə…
Əlcəzair millisinin üzvü Riyad Mahrez klubunu dəyişəcək. 26 yaşlı futbolçu yaxın günlərdə “Lester” klubundan ayrılacaq.
Yarımmüdafiəçi hansı kluba üz tutacağını açıqlamayıb: “Lester”ə böyük hörmətim var. Ötən il klub prezidenti ilə danışığım olmuşdu. Çempionlar Liqasında mübarizə aparacağımız üçün “Lester”də qalmağa qərar vermişdim. Amma hədəflərim var və daha iddialı klubda çıxış etmək istəyirəm. Ümid edirəm ki, “Lester” azarkeşləri qərarıma hörmət edəcəklər”.
Qeyd edək ki, Mahrez 2014-cü ildən “Lester”də çıxış edir. O, “tülkülər”lə 2015/16 mövsümündə Premyer Liqanın qalibi olub.