Ölkə futbolu
UEFA razılaşmadı
UEFA Çempionlar Liqasının 1/4 və 1/2 final oyunlarının vax…
UEFA Çempionlar Liqasının 1/4 və 1/2 final oyunlarının vaxtının dəyişdirilməsi ilə bağlı qərar verib. Qurum qarşılaşmaların həftəsonu keçirilməsi ideyasını dəstəkləməyib.
Belə ki, “Real”, “Barselona” və “Yuventus” kimi nəhənglərin qazancını artırmaq məqsədi irəli sürdüyü təklifə “yox” cavabı verilib. UEFA 2021-ci ildən belə yenilik etməyin əleyhinə olduğunu açıqlayıb.
Qeyd edək ki, Çempionlar Liqasının oyunları çərşənbə axşamı və çərşənbə, finalı şənbə günləri keçirilir.