Ölkə futbolu
"Qarabağ" yeni mövsümün hazırlıqlarına start verdi – FOTOLAR
“Qarabağ” ötən gündən etibarən 2017/18-ci il…
“Qarabağ” ötən gündən etibarən 2017/18-ci illər mövsümünün hazırlıqlarına start verib. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov mayın 5-də baş tutan ölkə kubokunun finalından sonra futbolçulara istirahət vermişdi. Mövsümün ilk məşqi günorta saatlarında klubun bazasında start götürüb.
Komandanın ilk məşqində Dino Ndlovu, Arif Daşdəmirov, Elvin Yunuszadə və əvəzedici heyətin bir neçə futbolçusu iştirak edib. Millinin heyətində olan 8 futbolçu – Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ağabala Ramazanov, Əfran İsmayılov, Qara Qarayev, Rahid Əmirquliyev və Riçard Almeyda, Bosniya və Hersoqovina yığmasına dəvət alan İbrahim Şehiç və U-21 yığmamızın toplanışına dəvət alan Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov ilk məşqdə iştirak etməyib. Daha bir futbolçu – Ansi Aqolli isə bir neçə gün sonra komandaya qoşulacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib