Dünya futbolu
UEFA-dan tarixi qərarlar
UEFA Çempionlar Liqasıyla bağlı bir neçə tarixi qər…
UEFA Çempionlar Liqasıyla bağlı bir neçə tarixi qərar verib. Futbolinfo.az xəbər verir ki, qrumun saytının yaydığı məlumata görə, qitənin ən nüfuzlu klub turnirinin 2018/19 mövsümündən etibarən bir neçə dəyişiklik olacaq.
Dəyişikliklərdən biri oyunların keçirilmə vaxtıyla bağlıdı. Yeni qərara əsasən, eyni gündə baş tutacaq oyunlardan ikisi Bakı vaxtıyla saat 21:00-da, qalanları isə 23:00-da keçiriləcək.
Bundan başqa, Avropa Liqasını qalib başa vurmuş komanda qitənin ən nüfuzlu klub turnirində mübarizəyə birbaşa qrup mərhələsindən qoşulacaq.