Layihə
“Neftçi” həqiqətləri: büdcə hara xərclənir?
(əvvəli bu linkdə)
Bu gün baş məşqçi El…
Bu gün baş məşqçi Elxan Abdulayev böyük büdcəyə malik olmadıqlarını deyir və haqlıdı. Çünki kluba ayrılan pulların yalnız 30-40 faizi futbolçu və məşqçi heyətinə sərf olunur. İllik 200 mindən çox vəsait təkcə qazonun saxlanılmasına, yarım milyon Müşahidə Şurasına, bir o qədər məbləğ uşaq komandalarına gedir. 7-8 milyonluq büdcənin çox böyük hissəsi qeyri-futbolçu kadrlara yönəldilir.
“Neftçi”də tapşırıqlıa, dostluq, qohumluq xatirinə o qədər işçi heyəti var ki, hətta sürücü üçün də sürücü saxlanılır. Orxan Hüseynzadə, Elnur Eyvazov hərəsi 10-12 min manat qazanır, digər rəhbər şəxslər də buna yaxın məbləğə çalışırlar. Klubda iki mətbuat xidməti, bu departamentin 20-yə yaxın işçisi var. Digər departamentlərdə artıq adamlar, yalnız maaş almaq üçün işə götürülən tanışlar, qohumlar həddindən artıq çoxdu.
Ümumiyyətlə, heç bir fəaliyyəti olmayan o qədər departamentlər yaradılıb ki, heç “Real”da, “Barselona”da, “Bavariya”da beləsi yoxdu. Və həmin şöbələrdə həqiqi mütəxəssislər çalışsaydı, dərd yarı idi. Hansısa qohumu, tanışı yerləşdirmək üçün ştatlar açılıb, dövlətin pulları mənimsənir. O departamentlər faydalı çalışsaydı, yəqin ki, “Neftçi” bu vəziyyətdə olmazdı.
“Neftçi” yeni mövsümdə fərqli çıxış edə, nəticələrini nisbətən yaxşılaşdıra bilər, amma bu, klub başbilənlərinin yaxşı işləməsi ilə bağlı olmayacaq. Sadəcə, çempionatın səviyyəsi çox aşağı düşüb, iş adamları futboldan küsdürülüb, oyuncaq yarışın əksər iştirakçıları eyni mənbədən maliyyələşir. “Qarabağ”, büdcəsi nə qədər azaldılsa da, “Qəbələ” yeni mövsümün də favoritləri olacaq. “Neftçi”nin indiyədək yenə bilmədiyi “Zirə” də hələlik daha sanballı klub təsiri bağışlayır. Vəssalam! Avrokuboklara vəsiqə üçün döyüşə biləcək 4-cü komanda yoxdur. “Səbail” yeni yaranıb və daha çox komanda quruculuğu ilə məşğul olacaqlar, “İnter” şuralaşmadan sonra aşkar zəifləyəcək, “Kəpəz” transfer çalışmalarından da göründüyü kimi, daha zəif olacaq, “Sumqayıt” da Kamran Quliyev kimi rəhbərlə irəli gedən deyil.
Sadaladığımız bu komandaların maddi gücləri “Neftçi”dən 6-7 dəfə az olduğundan onların hansınınsa ciddi rəqib olmaq ehtimalı qalmır. Deməli, kağız üzərində “Neftçi” ilk “4-lüy”ə düşməlidi. Lakin o da var ki, bu zəka, bu idarəetmə qabiliyyəti ilə bakılıların əsas rəqibi elə özləridi.
“Neftçi”nin bu dəqiqə ən böyük problemi azarkeş biganəliyidi. Fanatlar isə nəticəsizlikdən bezib, maxinasiyaları aşkar görürlər və klubun düzgün idarə edilmədiyini də izləyirlər. Bu səbəbdən tribunalar gündən-günə boşalır, komandanın tərəfdarları sıradan çıxır. Sadiq azarkeşlərin hər oyunda gəlib komandaya dəstək verməsi heç klub rəsmilərinə də sərf etmirdi. Çünki onlar satılan/alınan fanatlar deyildi – klub uduzanda məşqçini, şuranı istefaya səsləyirdilər. Elə bu üzdən Elxan Abdullayev onları “xuliqan dəstəsi” adlandıranda rəhbərlik məşqçinin arxasında dayandı və haqlı azarkeşləri birdəfəlik küsdürdü.
(davamı olacaq)
VÜSAL MAHMUDOV
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq