Milli komanda
Nazarovun durumuna aydınlıq gəldi
Millinin Avstriya toplanışında zədələnən Dmitri Nazarovun durum…
Millinin Avstriya toplanışında zədələnən Dmitri Nazarovun durumuna tam aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, AFFA-dan "Apasport"a verilən məlumatda 27 yaşlı yarımmüdafiəçinin zədəsinin ciddi olmadığı bildirilib.
Bu, Maqnit Rezonans Tomoqrafiyasının (MRT) nəticəsindən sonra müəyyənləşib. Həkimlər Almaniyanın “Aue” klubunda çıxış edən Nazarovun hazırlığı davam etdirməsi üçün heç bir problemin olmadığını bildiriblər. Nəticədə təcrübəli futbolçu yenidən kollektivlə birgə məşqlərə qatılıb.
Bu isə o deməkdi ki, Nazarov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə matçda iştirak edə biləcək.
Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya görüşü iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı