Bizi izləyin

Milli komanda

Dövlət rəhbərliyi qarşısında imtahan

2 gün sonra milli komandamız dünya çempionatının s…

blank

2 gün sonra milli komandamız dünya çempionatının seçmə mərhələsində 6-cı turun oyununa çıxacaq. Rəqib səfərdə 0:4 hesabıyla yenildiyimiz Şimali İrlandiyadı.

Qonaqlar hazırda 10 xalla 2-ci pillədə qərarlaşıb və pley-offa qalmaq üçün ən real şansa malikdilər. Qrupun aşkar favoriti Almaniya olduğundan, digər komandaların fərqli seçimi də yoxdu. Robert Prosineçkinin yetirmələri də hələ ümidini itirməyib. Əla startdan sonrakı büdrəmələr şansımıza zərbə vursa da, hər şey öz əlimizdədi.

Hazırda milli komandamızın 7 xalı var və Bakıdakı oyunda qələbə qazansaq, əsas rəqibimizə çatacağıq. Amma nədənsə AFFA rəhbərliyi indidən azarkeşləri başqa nəticəyə kökləmək istəyir. Baş katib Elxan Məmmədovun “heç-heçə də pis olmayacaq” deməsi bundan xəbər verir. Əcəba, nə oldu?

İrlandlar qarşısıalınmaz komandaya malik deyillər, hətta yendiyimiz Norveç, səfərdə xal aldığımız Çexiyadan da güclü sayılmırlar. O zaman çox maraqlıdı: birdən-birə nə baş verdi ki, erkən təslim olduq? Axı, hələ evdə 2 oyunumuz var və ümidlər tükənməyib…

Deyəsən, yola “Niyə də yox?!” şüarı ilə çıxanlar indidən uğursuzluğa əlyeri qoymaq istəyir. Avstriyadakı yarımaylıq toplanışda sınaqçı-rəqib tapa bilməyən, futbolçuları yalnız məşqlə kifayətlənmək məcburiyyətində qoyan AFFA rəhbərliyi işi bacarmadıqlarını anlayıb və geri çəkilməyə başlayıb. Vəziyyət elədi ki, Prosineçki də daha yaxşı nəticəyə ümid etmir və neçə vaxtdı özünə yeni iş yeri axtarır. Onun “Bursaspor”a getmək perspektivinin daha da artmasının seçmə oyun ərəfəsində aktuallaşması da bundan xəbər verir.

Amma bəhanə axtarmağın yeri yoxdu. Əvvəla, milli komandamıza güvənirik və azarkeşlər, futbol ictimaiyyəti kimi AFFA rəhbərliyi də belə etsə, lap yaxşı olar. Norveçlə matçöncəsi qələbədən dəm vuranların irlandlarla oyunöncəsi heç-heçəyə razılaşması komandaya xəyanətdi. İndiyəqədərki nəticələri, evdə oynamağımızı, bu komandayla Bakıdakı oyunları əsas götürərək qələbədən başqa heç bir nəticənin qaneedici olmayacağını deməliyik.

Ölkədə iqtisadi böhranın yaşandığı, hətta dövlət büdcəsinin ciddi şəkildə azaldıldığı dövrdə “yuxarılar” futbola qayğını azaltmadı. Dövlət rəhbərliyi böyük ümidlər bəslədiyi milli komanda üçün hər cür fədakarlığa razılaşdı. Və bütün bunlar blef kimi ortaya atılan “Niyə də yox?!” şüarına görə idi. Dövlət rəhbərliyi də bu hədəfə inandı, heç bir xərcdən çəkinmədi. Mübarizənin qızğın vaxtında, hər şeyin həll olunduğu bir dönəmdə heç-heçəyə ümid etmək, ictimai fikri buna hazırlamağa cəhd illüziyaların ortaya çıxmasının sübutudu.

İndi yenə bəhanə axtarır, bu şüarın daha çox növbəti tsikl üçün nəzərdə tutulduğunu, indiki yarışın hazırlıq mərhələsi olduğunu deyərək, vaxt qazanmağa çalışırlar. Amma “yuxarılar” da bezib və vəd edilənin yerinə yetirilməsini istəyirlər. Həm də Şimali İrlandiya ilə matçda mümkün qələbə də heç nəyi dəyişməyəcək. Qarşıda növbəti oyunlar var və dövlət rəsmilərini Rusiyaya gedə biləcəyimizə inandıranlar aradan çıxmamalı, növbəti matları düşünməlidilər. Bu seçmə mərhələ futbola qayğısını əsirgəməyən dövlət rəhbərliyi qarşısında imtahandı – ya AFFA rəhbərliyi bu imtahanı uğurla verəcək, ya 10 ildən çoxdu somurduqları pulların qarşılığını verə bilmədiklərini etiraf edib, istefaya gedəcəklər.

Elxan Məmmədovun heç-heçədən dəm vurmasına, indidən hamını buna köklənəsinə aldanmayaq. Hamı stadiona növbəti qələbəni bayram etmək üçün getməlidi. Qələbə futbolçularımızın haqqı və bacara biləcəyi nəticədi, bu, reallaşmasa, məsuliyyət komandanı hazırlaya bilməyən, onlara düzgün toplanış təşkil etməyən rəhbərliyin boynunda qalacaq.

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm