Milli komanda
"Azərbaycan millisi bizə qarşı xüsusi hazırlaşır"
Şimali İrlandiya yığmasının müdafiəçisi Kris Brant …
Şimali İrlandiya yığmasının müdafiəçisi Kris Brant DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi açıqlama verib. Futbolinfo.az xəbər verir ki, "Vest Bromviç"də çıxış edən oyunçu bunları dilə gətirib:
"Azərbaycan bizi indi daha yaxşı tanıyır. Sonuncu dəfə Bakıda utandırıcı nəticə qeydə alınmış, 0:2 hesabı ilə uduzmuşduq. Bu rəqibə qarşı səfərdə diqqətli olmalıyıq. Düzdü, Belfastda asan qələbə əldə etdik. Amma bu oyun çətin keçəcək. Onlara müdafiədən çıxmağa imkan verməsək, qalib gələ bilərik. Düşünürəm ki, Azərbaycan millisi bizə qarşı xüsusi hazırlaşır, oyunun asan olacağına inanmıram. Qarşılaşmaya rəqibi məyus etmək üçün çıxacağıq. DÇ-2018-in pley-off mərhələsinə yüksəlmək üçün çalışırıq. Komandamız özünə güvənir".
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.