Milli komanda
"Bakıdakı oyunda nəticə bizim xeyrimizə olacaq"
"Bildiyimə görə, Azərbaycanda havalar çox istidir….
"Bildiyimə görə, Azərbaycanda havalar çox istidir. Biz nadir hallarda isti hava şəraitində meydana çıxırıq. Buna baxmayaraq, yaxşı nəticə üçün oynayacağıq".
Futbolinfo.az xəbər verir ki, bu sözlər Şimali İrlandiya millisinin üzvü Stüart Dallasa məxsusdur. Şimali İrlandiya Futbol Federasiyasının rəsmi saytına açıqlama verən 26 yaşlı futbolçu iyunun 10-da DÇ-2018-in seçmə mərhələsində millimizə qarşı keçirəcəkləri oyun haqda danışıb. "Lids Yunayted"in futbolçusu Bakıda baş tutacaq qarşılaşmada bütün güclərini ortaya qoyacaqlarını deyib:
"Biz bütün gücümüzü ortaya qoyacağıq. Fikrimcə, nəticə bizim xeyrimizə olacaq. Yoldaşlıq oyunları çərçivəsində Yeni Zellandiya üzərində qələbə qazandıq. Buna görə də əhvalımız çox yaxşıdır. Ümid edirəm ki, bu müsbət ab-havanı Azərbaycanla oyundan sonra da qoruyacağıq".
Qeyd edək ki, iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Şimali İrlandiya oyunu saat 20:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”