Dünya futbolu
"Çelsi" forvardını Fransa klubuna satdı
Fransanın "Olimpik" (Lion) klubu İngiltərə çempio…
Fransanın "Olimpik" (Lion) klubu İngiltərə çempionu "Çelsi"nin hücumçusu Bertrand Traoreni heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, burkina fasolu gənc futbolçu ilə 2022-ci ilədək müqavilə imzalanıb.
Bu barədə Lion təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Fransa klubu bu transferin müqabilində İngiltərə çempionuna 10 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Oser" və "Çelsi"nin yetirməsi olan 22 yaşlı forvard 2014/15 mövsümünü "Vitess"də, son mövsümü isə "Ayaks"da icarədə keçirib. 2011-ci ildən Burkina Faso yığmasına dəvət alan futbolçu milli forma ilə 40 oyuna çıxıb.
Fransa mətbuatının yaydığı xəbərlərə inansaq, Lion təmsilçisi Traoreni komandadan getməsi gözlənilən Aleksandr Lakazettin əvəzində heyətə cəlb edib.