Dünya futbolu
Riise də karyerasını başa vurdu
Norveç yığmasının sabiq müdafiəçisi Yon-Arne R…
Norveç yığmasının sabiq müdafiəçisi Yon-Arne Riise futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 36 yaşlı futbolçu bundan sonra tam fərqli sahədə özünü sınamaq istədiyini bildirib. Belə ki, məşhur müdafiəçi xizək sürməklə məşğul olmaq qərarına gəlib və bu sahədə də uğurlar qazanmağı hədəflədiyini açıqlayıb.
Qeyd edək ki, Riise karyerası ərzində "Olesunn" (Norveç, 1998, 2016), "Monako" (Fransa, 1998-2001), "Liverpul" (İngiltərə, 2001-2008), "Roma" (İtaliya, 2008-2011), "Fulhem" (İngiltərə, 2011-2014), APOEL (Kipr, 2014-2015), "Deli Daynamos" (Hindistan, 2015), "Çennay Titans" (Hindistan, 2016) kimi klublarda oynayıb.
Norveç futbolunun canlı əfsanəsi "Liverpul"la UEFA Çempionlar Liqasının, İngiltərə Kubokunun və Liqa Kubokunun qalibi olub, İngiltərə Superkubokunun və Avropa Superkubokunun ikiqat qalibidi.
Riise Norveç yığmasında 110 oyun keçirib. Bu, sözügedən ölkənin millisində rekord göstəricidi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza