Ölkə futbolu
"Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq"
"Samtredia" ilə noyabr ayına qədər müqavilə imzala…
"Samtredia" ilə noyabr ayına qədər müqavilə imzalamışam. Qarşımda hədəflər var. Ümid edirəm ki, "Samtredia"da uzun müddət çıxış edəcəyəm".
Futbolinfo.az xəbər verir ki, bu sözlər son Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın "Samtredia" klubunun yeni transferi Nik Sabanadzeyə məxsusdu. Ötən gün "Samtredia" ilə münasibətlərini rəsmiləşdirən hücumçu ölkəsinin mətbuatına müsahibə verib. O, əsas hədəfinin komandada möhkəmlənmək olduğunu deyib:
"Əlbəttə, hər şey özümdən asılıdı. Yaxşı başlanğıc etmək və komandanın heyətində möhkəmlənmək istəyirəm. "Samtredia"nın heyətində çox yaxşı və təcrübəli oyunçular var. Bu heyətlə daha da irəli getmək istəyirik və mən də vurduğum qollarla komandama kömək etmək istəyirəm".
O, "Qarabağ"la oyunlar haqda da danışıb. Sabanadze mərhələ keçmək üçün əllərindən gələni edəcəklərini bildirib: "Qarabağ" çox güclü komandadı. Ancaq bizim də şansımız var. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümumiyyətlə, "Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq. İnanıram ki, bunu bacara bilərik".
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza