Ölkə futbolu
"Səbail"in yeni sponsoru məlum oldu: BGZ
Topaz Premyer Liqasının debütantı “Səbail”də M&u…
Topaz Premyer Liqasının debütantı “Səbail”də Müşahidə Şurasının sədri vəzifəsi hələ də boş qalıb. Futbolinfo.az "Sport24"-ə istinadla xəbər verir ki, vakant posta kimin seçiləcəyi məlum deyil.
Lakin bu, artıq texniki məsələdi. Rəhbərliyə isə Bakı Gəmiqayırma Zavodunun nümayəndəsi gətiriləcək. Hazırda bu Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rauf Vəliyev, direktoru isə əcnəbi vətəndaşdı. Ola bilər ki, bu rəhbər şəxslərdən heç biri “Səbail”ə gətirilməsin. Ancaq Bakı Gəmiqayırma Zavodu (BGZ) mütləq “aslanlar”ın Müşahidə Şurasında təmsil olunacaq.
Bununla da “Səbail”in illik büdcəsi nəzərəçarpacaq dərəcədə zənginləşəcək. AFFA maliyyə ayırdığı klublara eyni vəsaiti paylasa da, BGZ-nin də paytaxt təmsilçisinə “görüm-baxım” etməsi, komandanın büdcəsinin digərləri ilə müqayisədə daha zəngin edəcək. Qeyri-rəsmi bilgilərə görə, BGZ mövsüm ərzində “Səbail”ə 1 milyon manat civarında vəsait köçürəcək. İndiki durumda isə bu, kifayət qədər nəzərəçarpacaq rəqəmdi.
Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunun “Səbail”in sponsorları sırasına qoşulması, həbelə Müşhaidə Şurasında təmsil olunması rəsmən Topaz Premyer Liqasının startı ərəfəsi – avqustda elan olunacağı gözlənilir.