Ölkə futbolu
"Turan"ın sabiq oyunçusu avtoqəzada dünyasını dəyişdi
Bu gün Bakı-Qazax magistralının Hacıqabuldan keçən hi…
Bu gün Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi dəqiqləşib.
Futbolinfo.az "Sportfm"ə istinadla xəbər verir ki, AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyevin qardaşı oğlu, 1990-cı il təvəllüdlü Orxan Mirzəyevin avtomobilinin aşması nəticəsində onun özü və sərnişin, 1989-cu ildə anadan olmuş Elgün Abbasov hadisə yerində vəfat edib. 1994-cü il təvəllüdlü Yaşar Əliyev isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Qəzada ölən Orxan Mirzəyev Tovuzda fəaliyyət göstərən özəl şirkətlərdən birinin direktoru olub. Saytımıza daxil olan məlumata görə, Tovuzun yerli telekanalında çalışan Elgün Abbasov 2004-cü ilə qədər "Turan" klubunun əvəzedici heyətində çıxış edirmiş. Daha sonra Tovuzun digər komandası "Rote Fahne"yə keçən Abbasov bir müddət orada çıxış etdikdən sonra futbolu buraxıb. Elgünün hazırda "Sumqayıt"da çıxış edən Cavid Tağıyevlə yaxın dost olduqları bildirilir.
Şəkildə sağdan birinci: Elgün Abbasov