Bizi izləyin

Müsahibə

"Debüt mövsümümüzü uğurlu keçirməyə çalışacağıq"

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivə…

blank

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Lüksemburqun “Differdanj” klubunu qəbul edəcək “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

– Futbol üçün darıxmışdıq. Sevindirici haldı ki, avrokuboklara Bakıda başlayırıq. Avrokuboklarda çıxış edən digər komandalarımıza da uğurlar arzulayıram.

– Komandada vəziyyət necədi?
– Mövsümün sonunda bir neçə oyunçu komandanı tərk etdi. Ancaq istədiyimiz oyunçuları transfer etmişik. Zədəlimiz yoxdu. 

– Rəşad Sadiqovun zədəsi necədi?
– Rəşadın vəziyyəti yaxşıdı. Komanda ilə birgə məşq edir.

– “Differdanj”la bağlı fikirləriniz maraqlıdı. Bu komandada “ikinci mərtəbədə”də oynayan oyunçular üstünlük təşkil edir.
– Rəqib barədə məlumatımız var. Belə fikir yaranıb ki, guya mən rəqibdən qorxuram. Yox, belə deyil. Sadəcə, komanda 10 ildi avrokuboklarda çıxış edir. Rəqib bizdən təcrübəlidi. Avrokubokda ilk dəfə çıxış edirik. Onlar əsas uzun toplara üstünlük verirlər. Sabah necə oynayacaqlar, bilmirəm. Çalışacağıq ki, avrokuboklarda ilk mövsümümüzü uğurlu keçirək. Lakin avrokuboklarda ilk mövsümümüzü keçirməyimiz bəhanə deyil. Çalışacağıq ki, mərhələni keçək.

– Sabahkı oyunda daha çox nədən qorxursuz – komandanın həddən artıq rahat olmasından, yoxsa dizlərinin əsməsindən?
– Belə oyunlardan öncə komandanın üzərində təzyiq çox olur. Çalışırıq ki, komanda nə çox əmin oynasın, nə də rəqibdən çox çəkinsin. Həddən artıq motivasiya komandanın ziyanına ola bilər. Tam əksi də həmçinin. Çalışacağıq ki, oyuna yaxşı köklənək.

– Anar Nəzirov komandanın yeni kapitanıdı. Bu işin öhdəsindən gələ biləcək?
– O, ötən mövsümdə də bir neçə oyunda kapitan olmuşdu. Elvin Məmmədov komandadan gedəndən sonra kapitanlıq sarğısını ona verdik. Ümid edirəm ki, Anar kapitan kimi daha yaxşı çıxış edəcək.

– Start heyətini müəyyənləşdirmisiz?
– Bir gün öncə heyəti açıqlasam, komanda daxilndə rəqabətə təsir edə bilər. Heyəti demək olar, müəyyənləşdirmişəm. Heyəti rəqibə görə müəyyənləşdirmişik. Yetərincə oyunçumuz var. Sabahkı oyun üçün heyəti müəyyənləşdirmişik.

– Bəs oyun sistemini necə? Hücum futbolu oynayacaqsız, yoxsa yenə 5 müdafiəçiylə çıxış edəcəksiz?
– 5 müdafiəçiylə çıxış etmək müdafiə olunmaq deyil. Məsələn, Avropada “Çelsi” də 5 müdafiəçiylə çıxış edir, ancaq hücum futbolu sərgiləyir. Biz isə komandada 2 sistemdən istifadə edəcəyik. Rəqibə uyğun olaraq, 4 və ya 5 müdafiəçili sistemdən istifadə edəcəyik. Sabahkı oyunda 4 müdafiəçili sistemdən, daha doğrusu 4-5-1 taktiki sxemindən istifadə edəcəyik.

– Debüt ilinizdə hansı nəticəyə ümid edirsiz?
– Çoxlu transferlər etsək də, bu, bizim üçün Avropada ilk təcrübədi. Çalışacağıq, mümkün qədər irəli gedək. Təkcə mənim yox, komandadakı bir çox oyunçunun avrokubokda ilk təcrübəsi olacaq. “Astra” ilə maraqlanmamışam. Ancaq “Vitorul”la “Astra”nın oyununa baxmışam. Bu videoya da “Vitorul”la oyuna görə baxmışdım. Bildiyiniz kimi, bu komandayla Boluda qarşılaşmışdıq.

– İstədyiniz transferlər var?
– İstədiyimiz oyunçuları almışıq. Bu oyunçuların bəzilərini əvvəldən istəyirdik. Ancaq onların klublarıyla müqavilələri var idi. Lakin biz təkcə avrokuboka yox, həm də, çempionata hazırlaşırıq. İstəyərdim bir legioner hücumçu, bir də yerli müdafiəçi transfer edək.

– İlk oyunu evdə keçirmək üstünlükdü?
– Adətən, ilk oyunu səfərdə keçirmək daha sərfəli olur. Lakin bizim üçün ilk oyunu evdə keçirmək daha yaxşı oldu. Çünki xaricdə təlim-məşq toplanışındaydıq. Buna görə, ölkəyə qayıdıb, daha sonra yenidən xaricə yollanmağımız daha yaxşıdı.

– Çempionatda 8 komandanın çıxış etməsi klublarımızın avrokuboklardakı çıxışına necə təsir edə bilər?
– Düşünmürəm ki, 8 komandalı çempionat mübarizəni zəiflədib. Düzdü, daha çox komandanın olması yaxşı olardı. Ancaq 8 komandalı çempionatın avrpkubooklardakı çıxışımıza təsir edəcəyini düşünmürəm.

– Oyun mərkəzdən uzaqda yerləşən stadionda olacaq. Bu amil və oyunun gecə keçirilməsi komandanın azarkeş dəstəyindən məhrum olmasıyla nəticələnməyəcək ki? 
– Biz Zirəni təmsil edirik. Zirə də bura yaxındı. O ki qaldı oyunun gec keçirilməsinə, havanın isti olmasını nəzərə alsaq, bu, normaldı. Düşünürəm ki, sabah yetərincə azarkeş olacaq. 

– Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?
– Qarşıma konkret məqsəd qoyulmayıb. Əsas odu, komanda əzmkar oyun sərgiləsin. İkinci mərhələni keçməsək də, transfer edəcəyik.

– Mətbuatda “Differdanj”ın 4 futbolçusunun başqa işdə çalışdığı barədə məlumat yayılmışdı. Hətta onların Bakıya gəlməsiylə bağlı da iş yerlərində bəzi problemlər olmuşdu. Bununla bağlı komanda ilə danışmısız? Bu oyunçularda özünə əminlik yaratmayacaq ki? 
– Bilmirəm, bu məlumat haradan çıxıb. Komandanın ötənilki heyətindən başqa bütün futbolçuları Bakıya gəlib. O ki qaldı komandanın üzvlərinin başqa yerdə çalışmasına, buna fikir bildirmək istəmirəm. Elə təkcə, bizim əvvəllər Lixtenşteyn, San Marino kimi ölkələrin komandalarıyla oyunlarda necə çətinlik çəkdiyimizi hamı bilir. Fikrimcə, rəqib tam peşəkar komandadı.

– Rəqibin güclü və zəif cəhətləri nələrdi?
– Rəqib standart vəziyyətlərdə yaxşı oynayır. Bu klub çempion “Dudelanj”la eyni xal topladı. Şəxsi oyunlarda da üstün idi. Yəqin, onların çempionatında top fərqi nəzərə alınırdı ki, yalnız bu cəhətdən geri qaldı. Əlbəttə, rəqibin zəif cəhətləri də var. Bunları da bilirik. Sabahkı oyunda bundan isifadə etməyə çalışacağıq.

ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-14 01:21

“Atletiko”, “Barselona” və “Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-14 01:11

“Strasburq” və “Tuluza”dan qələbə

blank
Dünya futbolu2024-04-14 00:52

Turin derbisində heç-heçə

blank
Dünya futbolu2024-04-14 00:37

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-04-14 00:25

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Premyer-liqa2024-04-13 21:56

“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” – Baxşıyev

blank
Premyer-liqa2024-04-13 21:37

“Araz-Naxçıvan” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2024-04-13 20:52

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı

blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm