Ölkə futbolu
"İnter" möhtəşəm qələbə ilə qayıdır
Bu gün Avropa Liqasında 2017/18 mövsümü start g&o…
Bu gün Avropa Liqasında 2017/18 mövsümü start götürüb. Futbolinfo.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edəcək “İnter” də ilk oyununa çıxıb.
Zaur Svanadzenin çalışdırdığı paytaxt təmsilçisi səfərdə Serbiyanın “Mladost” klubu ilə qarşılaşıb.
Ötən mövsümü 4-cü pillədə başa vuran Luçani təmsilçisi “İnter” üçün o qədər də çətin rəqib sayılmamalıdı. Bununla belə, transfer qadağası qoyulduğundan heyətini gücləndirə bilməyən Bakı klubunun işi o qədər də asan deyildi. Təmsilçimiz mərhələ adlamaq üçün çətin səfərdən sərfəli nəticə ilə qayıtmağa borcluydu.
Qarşılaşma Bakı klubu üçün uğurlu alınıb. Svanadzenin yetirmələri rəqibini səfərdə darmadağın edib. Tərəflər arasında bir həftə sonra Bakıda baş tutacaq cavab qarşılaşmasında təmsilçimizin sürprizə imkan verəcəyi inandırıcı görünmür.
Avropa Liqası
1-ci təsnifat mərhələsi (ilk oyun)
29 iyun
“Mladost” (Luçani) – “İnter” – 0:3
Qol: A.Skarlatake, 23 (0:1). A.Skarlatake, 41 (0:2). R.Əliyev, 75 (0:3).
Sarı vərəqə: M.Satara, 22. İ.Miloşeviç, 35. E.Abdullayev, 38. A.Peyoviç, 65. N.Hacıyev, 77. Y.Tumbaşeviç, 78.
Hakimlər: Aleksey Matyunin, Aleksey Lunev, Anton Kobzev, Yevgeni Turbin (Hamısı Rusiya)
Hakim-inspektor: Bernardino Qonzales Vaskes (İspaniya).
UEFA nümayəndəsi: Paolo Rondelli (San-Marino).
Luçani. “Mladost” stadionu.
"Mladost": 1. Nemanya Krznariç, 4. İvan Miloşeviç, 7. Saşa Yovanoviç, 14. Miloş Trifunoviç, 15. Aleksandr Peyoviç, 18. Obiora Odita (32. İvan Markoviç, 68), 20. Nenad Marinkoviç (31. Yanko Tumbaşeviç, 55), 27. Vladimir Radivoyeviç (12. Nenad Qavriç, 85), 28. Nikola Andriç, 44. Boqdan Miloşeviç, 93. Miloş Satara.
Ehtiyat oyunçular: 22. Zlatko Zeçeviç, 10. Xusniddin Qafurov, 17. İvan Peşiç, 77. Predraq Pavloviç.
Baş məşqçi: Nenad Milovanoviç.
"İnter": 1. Səlahət Ağayev, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k) (7. Mirsahib Abbasov, 89), 9. Pərdis Fərcad-Azad (6. Samir Zərgərov, 83), 10. Elnur Abdullayev (19. Mirhüseyn Seyidov, 88), 11. Rauf Əliyev, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 65. Cabir Əmirli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Zaur Svanadze.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib