Ölkə futbolu
“Mladost”un futbolçusu ilk oyundan ancaq qələbə gözləyir
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivə…
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün “İnter”lə qarşılaşacaq Serbiyanın “Mladost” klubunun futbolçusu İvan Miloşeviç matç öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 33 yaşlı müdafiəçi bildirib ki, meydana ancaq qələbə üçün çıxacaqlar:
“Avropa Liqasında çıxış ötən mövsüm qazandıqlarımızın mükafatıdı. Bu anlardan həzz alırıq. Dolu tribunalar önündə oynayacağımızı gözləyirəm. Biz də “Mladost”u dəstəkləmək üçün stadiona gələn azarkeşləri məyus etməməyə çalışacağıq. Qələbə mütləq şərtdi. Komandamızda gənclər də, təcrübəlilər də var. Onların sintezini yaratmaqla irəliləyişə nail olmalıyıq”.
Qeyd edək ki, Luçanidə baş tutacaq “Mladost” – “İnter” matçı saat 22:30-da start götürəcək.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə