Ölkə futbolu
"Zirə” daha bir futbolçu sifariş etdi
"Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsi &cce…
"Zirə” Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Lüksemburqun “Differdanj” komandası ilə oyunlar üçün daha bir futbolçu sifariş edib. Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qəsəbə təmsilçisi yeni transferi – rumıniyalı müdafiəçi Qabriel Mateyin adını heyətə salıb.
Bununla da “Zirə”nin avrokubok üçün futbolçu sayı 20-yə çatıb. Matey 14 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, 27 yaşlı Qabriel Matey “Zirə” ilə "1+1” il şərti ilə müqavilə imzalayıb.