Ölkə futbolu
"Qəbələ"nin yeni transferi: "Hər şey məndən asılıdı"
"Qəbələ"yə keçməklə "Reyncers" karyer…
"Qəbələ"yə keçməklə "Reyncers" karyeramın başa çatdığını düşünmək düzgün deyil. Bunu zaman göstərəcək".
Futbolinfo.az xəbər verir ki, bu sözlər "Qəbələ"nin yeni transferi Endi Hallidey deyib. Şotlandiyanın “Reyncers” klubuna məxsus olan futbolçu 2017/18 mövsümünü icarə əsasında ölkəmizdə keçirəcək. O, ölkəsinin mətbuatına verdiyi açıqlamada "Qəbələ"də yaxşı çıxış etmək və yenidən Qlazqo təmsilçisinə qayıtmaq istədiyini deyib:
"Ümid edirəm ki, "Qəbələ"də yaxşı çıxış edəcəm və növbəti mövsüm üçün "Reyncers"in baş məşqçisinin planlarına daxil olacam. "Reyncers"in əsas heyət üzvünə çevrilmək üçün üzərimdə çox çalışmalıyam. Həvəsdən düşmək və təslim olmaq niyyətində deyiləm. Düzdü, ötən mövsüm istədiyim kimi oynaya bilmədim. Amma özümə güvənirəm və əvvəlki formamı bərpa edəcəyimə inanıram. Bilirəm ki, əvvəlki formamı brəpa edə bilsəm, yenidən "Reyncers"in baş məşqçisinə lazım olacam. Hər şey məndən asılıdısa, deməli, "Reyncers" karyeram başa çatmayıb".
Qeyd edək ki, Endi ötən mövsüm Şotlandiya çempionatında 32 oyun keçirib, 3 qol vurub.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı