Ölkə futbolu
"Zirə"nin oyununa getmək istəyən azarkeşlərin nəzərinə
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivə…
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində bu gün Lüksemburqun "Düdelanj" klubunu qəbul edəcək "Zirə" avrokuboklardakı debüt matçına azarkeşlərin rahat gəlməsi üçün də müəyyən tədbirlər düşünüb. Futbolinfo.az xəbər verir ki, Mərdəkandakı "Dalğa Arena"da baş tutacaq görüşü izləməyə gələn fanatlar stadiona problemsiz gedə biləcəklər.
Çünki klub rəhbərliyi bunun üçün xüsusi avtobuslar ayırıb. Həmin avtobuslardan ikisi metronun "Koroğlu" stansiyasından yola çıxacaq. Daha üç avtobus isə Zirə, Pirallahı, Türkan, Dübəndi kimi qəsəbələrdən olan azarkeşləri daşımaq üçün nəzərdə tutulub. Avtobuslar təxminən 19:30-da "Dalğa Arena"ya üz tutacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma saat 21:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi