Dünya futbolu
"Fənərbaxça" Valbuena transferini rəsmən açıqladı
Türkiyənin "Fənərbaxça" klubu fransalı futbo…
Türkiyənin "Fənərbaxça" klubu fransalı futbolçu Matye Valbuenanın transferini rəsmiləşdirib. Futbolinfo.az İstanbul nəhənginin rəsmi saytına istinadla xəbər verir ki, bu gün 33 yaşlı futbolçu ilə 2+1 şərti ilə müqavilə imzalanıb. Yarımmüdafiəçi yeni komandasında 28 nömrəli formada çıxış edəcək.
İstanbul təmsilçisi bu transfer üçün futbolçunun son klubu olan Lion "Olimpik"inə 1,5 milyon avro ödəyəcək.
Fransa millisində 52 oyuna 8 qola imza atmış Valbuena Lion "Olimpik"indən əlavə "Liborn", "Olimpik" (Marsel) və "Dinamo"da (Moskva) da çıxış edib.