Ölkə futbolu
"Qəbələ"nin potensial rəqiblərinin duelində tək qol
Avropa Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə …
Avropa Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Qəbələ"nin potensial rəqibləri bu gün ilk təsnifat mərhələsində üz-üzə gəliblər. Futbolinfo.az xəbər verir ki, Batumi "Dinamo"su Polşa "Yagelloniya"sını qəbul edib.
Gürcüstanda baş tutan görüşdə qonaq komanda 1:0 hesabıyla qalib gəlib. Qarşılaşmadakı yeganə qolu 49-cu dəqiqədə Polşa klubunun irlandiyalı hücumçusu Killian Şeridan vurub.
Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü bir həftə sonra Polşada baş tutacaq. Cütün qalibi Azərbaycan təmsilçisi ilə üz-üzə gələcək.