Ölkə futbolu
Ramin Musayevlə Elxan Məmmədovdan "Zirə"yə dəstək
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivə…
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində bu dəqiqələrdə "Dalğa Arena"da keçirilən "Zirə" – "Differdanj" (Lüksemburq) oyununda Azərbaycan təmsilçisini 4 mindən çox azarkeş dəstəkləyir.
Futbolinfo.az xəbər verir ki, onlar arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov da var.
Qeyd edək ki, ikinci hissəsi davam edən qarşılaşmada "Zirə" rəqibini 1:0 hesabıyla məğlub edir.