Dünya futbolu
Almaniya Avropanın ən güclüsü oldu
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasınd…
21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Polşada təşkil olunan Avropa Çempionatı başa çatıb. Futbolinfo.az xəbər verir ki, AÇ-2017-nin finalında Almaniya və İspaniya yığmaları qarşılaşıb.
Finalın taleyini bir qol həll edib. Mitçell Vayzerin 40-cı dəqiqədə vurduğu yeganə qol almanlara qitə çempionluğunu qazandırıb.
Bu, Almaniyanın U-21 yığma səviyyəsində ikinci qitə çempionluğudu. İlk dəfə bu komanda 2009-cu ildə Avropanın ən güclüsü olmuşdu.
U-21-lərin Avropa birinciliyində ən çox çempion olan komanda isə İtaliya yığmasıdı (5 dəfə). Bu dəfə finalda uduzan ispanlar isə 4 dəfə qitə çempionu olublar.