Bizi izləyin

Ölkə futbolu

Axundov getməlidi: "Aqrokredit" “İnter” rəhbərliyini dəyişmək istəyir

Avrokuboklarda mövsümə qələbə ilə başlayan "İnte…

blank
Avrokuboklarda mövsümə qələbə ilə başlayan "İnter" buna çox sevinə bilmədi. Klub ətrafında elə hadisələr cərəyan edir ki, nə məşqçilər, nə də futbolçu heyəti rahat nəfəs alır.
 
Hamı nigarandı və sabahın necə olacağını bilmir. Maddi problemlər, “İnter Arena”yla bağlı çəkişmələr bitmək bilmir.
 
“İnter Arena”nın işıqsız qalması ilə bağlı xəbərlər təsadüfi deyildi. Klubda maddi durum elədi ki, “Bakıelektrikşəbəkə”yə 6000 manat borcu vermək mümkün deyil. Amma problem yoluna qoyulub. Hansısa yolla məsələ həllini tapıb və klub əməkdaşları hazırda bazada işinin başındadı.
 
Lakin komanda hazırlığını “Mladost”la cavab oyununun keçiriləcəyi “Dalğa Arena”da həyata keçirir. Bunun səbəbi heç də kluba burda məskunlaşmağı icazə verilməməsi deyil. Sadəcə, rəhbərlik matçın baş tutacağı qazona öyrəşmək üçün bunu edir.
 
Lakin klubun kimin himayəsində olacağı hələ də dəqiqləşməyib. Poblemin kökü klubun yeni rəhbərliyi ilə Azərbaycan Beynəlxalq Bankının (ABB) münasibətlərinə gedib çıxır. Bu ilin yanvarın 27-də klubu himayəsindən çıxaran ABB "İnter Arena"nı nə AFFA-nın mülkiyyətinə verir, nə də Müşahidə Şurasının sərdi Zaur Axundovun anlaşdığı iş adamlarına. 8 il öncə stadion və bazanı AFFA-nın balansından çıxarıb öz adına özəlləşdirən bank indi bura 33 milyon manat qiymət qoyub.
blank
 
Bir neçə gündü "Aqrokredit"in nümayəndələri davamlı olaraq "İnter Arena"ya gəlir, Axundovdan tələb edir ki, mərkəzi tamamilə boşaltsın. Klubla ABB arasında heç bir bağlantının qalmamasını əsas göstərən "Aqrokredit" vaxt qoyub: əsas komanda başda olmaqla, "İnter"in əvəzedici heyəti və akademiyası iyulun ilk həftəsində kompleksi tərk etməlidi. Çünki stadiona görə götürülən kredit probleminin həlli məhz "Aqrokredit"ə tapşırılıb. Bu təşkilat isə tələb edir ki, onlara məxsus arena boşaldılsın.
 
"Aqrokredit"in belə mövqe tutmasının özəl səbəbləri var. Bu arena UEFA-nın vəsaiti ilə tikildiyindən təyinatı üzrə istifadə olunmalıdı. Qurğunun sökülməsi, ərazidə fərqli obyektlər tikilməsi mümkün deyil. Üstəlik, “AzFar” burada uzunmüddətli icarə müqaviləsi əsasında futbol meydançaları salıb. “İnter Arena” ölkə futboluna xidmət etməyə borcludu. Qurğunun kredit borcunu bağlamaq üçün ya dövlət güzəştə getməlidi, ya da stadion "Aqrokredit"ə qalmalıdı, “İnter Arena”nın taleyi ilə bağlı bu qurum qərar verməlidi.
 
Hadisələrin gedişi göstərir ki, "Aqrokredit" belə səlahiyyət alıb və komandanı qovmaq niyyətindədi. Qurğudan istifadə üçün elə şərtlər qoyulub ki, həmin icarə haqqını ödəmək paytaxt təmsilçisinin imkanı xaricindədi. Hələlik AFFA “Dalğa Arena”nı “İnter”in istifadəsinə verir, lakin bu, sərfəli variant deyil. Assosiasiya hər nə qədər maliyyələşdirdiyi klubun yaşaması üçün çalışsa da, “İnter”in Mərdəkana köçməsi ciddi problemlər yaradacaq.
 
“İnter”in hazırkı bazasından çıxması faktiki uşaq komandalarının dağılması demək olacaq. Çünki klub akademiyası yaxın ərazilərdə yaşayan uşaqlardan qurulub. Onların Mərdəkana daşınması mümkünsüzdü. Həm məsafə uzaqlığı orta məktəbdə təhsil alan balacalara mane olacaq, həm də milli komandaların bazası olan “Dalğa Arena”da belə böyük heyətlə məskunlaşmaq üçün şərait yoxdur.
 
"Aqrokredit"in belə israrının pərdəarxası da var. Bu qurum “İnter”i ələ keçirməkdə maraqlıdılar. Onlar indiki rəhbərlik gedəcəyi halda, “İnter Arena”nı klubun ixtiyarına verməyə razıdı. Belədə kredit borclarının bağlanması üçün oteldən və başqa obyektlərdən səmərəli istifadə etmək planlaşdırılır. “Aqrokredit" hətta futbola da pul xərcləmək istəyir. Onlar AFFA-nın ayırdığı maliyyənin üzərinə bir o qədər də əlavə etmək niyyətindədi. Amma bir şərtlə: Zaur Axundov getməli, klubun idarəçiliyi də onlara keçməlidi.
 
"Aqrokredit" futbola heç vaxt biganə olmayıb. Birvaxtlar “Göyəzən”ə sponsorluq etmiş bu təşkilat indi də “İnter”də eyni missiyanı həyata keçirmək istəyir. Müşahidə Şurasının sədri Zaur Axundov isə təslim olmaq niyyətində deyil və məsələnin “yuxarılar”da müsbət həllinə çalışır. Amma "Aqrokredit" heç bir şərtlə razı deyil və klubu Axundovun əlindən almaqda israrlıdı.
 
Artıq bu durumla barışanlar da var. Bildiyimizə görə, icraçı director Rəmiş Malıyev postuyla vidalaşmağa və AFFA-dakı işinə qayıtmağa qərar verib. O, nə Axundovun komandasında rahatdı, nə də yenilərlə hər hansı bağlılığı var. Gün ərzində Malıyevlə danışmaq üçün dəfələrlə cəhd etsək də, bu, mümkün olmadı.
 
İstənilən halda, vəziyyət qarışıqdı. Tezliklə bir sıra məsələlər həllini tapmalıdı. Ya dövlət rəhbərliyi səviyyəsində müəyyən “tapşırıqlar”  gəlməli, ya Axundov klubu götürüb Mərdəkana qaçmalı, ya da özü idarəçiliyi “Aqrokredit"ə verməlidi. AFFA bu təşkilata yox, öz kadrı olan Zaur bəyə üstünlük versə də, hadisələrin gedişi futbol qurumunun qərarına da təsir edə bilər.
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm