Ölkə futbolu
"Qarabağ"ın Danimarka klubu ilə matçının vaxtı açıqlandı
"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı ç…
"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində sabah son yoxlama oyununu keçirəcək. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Danimarkanın "Brondbü" klubuyla qarşılaşacaq.
Klub saytının yaydığı məlumata görə, matç Bakı vaxtıyla saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Qurban Qurbanovun çalışdırdığı komanda Avstriyada keçirdiyi əvvəlki üç oyunun hamısından məğlub ayrılıb. “Qarabağ” Rusiya “Axmat”ına 0:1, Bolqarıstan MOİK-inə 2:5, Moskva "Dinamo"suna (Rusiya) 0:1 hesabı ilə məğlub olub.