Dünya futbolu
Ufuk Budak rəsmən Türkiyə klubunda – FOTO
Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Ufuk…
Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın Türkiyənin "Smasunspor" klubuna keçidi rəsmiləşib. Futbolinfo.az xəbər verir ki, son mövsümü TFF 1-ci liqanın digər təmsilçisi "Manisaspor"da keçirən müdafiəçi Samsun təmsilçisi ilə müqavilə imzalayıb. O, yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, millimizin heyətində 17 oyun keçirən Ufuk karyerası ərzində Almaniyanın “Ülm”, “Frayburq” və Türkiyənin “Əskişəhərspor”, “Qaziantep BB”, “Kayserispor” kimi komandalarında çıxış edib. Berti Foqtsun dönəmində millimizə dəvət olunan futbolçu Robert Prosineçki gələndən bəri yığmamızın formasını geyinmək şansı qazanmır.
Budak "Samsunspor"a keçidindən də danışıb. O, yerli mətbuata açıqlamasında bunları söyləyib: "Başqa klublardan da təkliflər var idi. Onları götür-qoy etdikdən sonra qərar verdim və "Samsunspor"a keçməyə razılıq verdim. Belə böyük tarixə malik klubun üzvü olduğum üçün özümü xoşbəxt hiss edirəm. Komanda yoldaşlarım kimi, mən də "Samsunspor"un Super Liqaya vəsiqə qazanması üçün əlimdən gələni edəcəm. Samsun futbol şəhəridi və komandamızın möhtəşəm azarkeşləri var. Tərəfdarlarımızın qarşısına çıxmağı səbrsizliklə gözləyirəm".