Ölkə futbolu
"Kəpəz"in əvəzediciləri hazırlığa başladı
"Kəpəz"in əvəzedici heyəti yeni mövsüm ü…
"Kəpəz"in əvəzedici heyəti yeni mövsüm üçün məşqlərə start verib. Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin üzvləri bu gün Gəncə şəhər stadionunda bir araya gəlib. "Sarı-göylər"in mövsüm öncəsi hazırlıq prosesi bir neçə mərhələdən ibarət olacaq.
İlk 10 günlük toplanış seleksiya xarakterli olmaqla yanaşı, həm də ümumi dözümlülüyün artırılmasına yönəlib. Məşqlərdə 33 futbolçu iştirak edir. Toplanışa 2001-ci il təvəllüdlü oyunçular da cəlb olunub. Heyətdə 7 belə futbolçu var. Ümumiyyətlə, hazırlığa klubun U-16, U-17 və U-19 komandasının üzvləri də dəvət edilib.
Komanda iyulun 4-də ikitərəfli oyun keçirəcək. Birinci hazırlıq dövründə yoxlama görüşünün keçirilməsi də planlara daxildi.