Ölkə futbolu
"Qarabağ" "Legiya"nın kapitanını alır
"Qarabağ" Polşanın "Legiya" klubunun futbol&cce…
"Qarabağ" Polşanın "Legiya" klubunun futbolçusu Yakub Jejniçakı transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "qol.az"a açıqlamasında polşalı müdafiəçi ilə maraqlandıqlarını təsdiqləyib:
"Jejniçak maraq dairəmizdədi. Danışıqlarımız olub. Amma hələ müqavilə bağlamamışıq".
Qeyd edək ki, Jejniçakın "Qarabağ"ın iki illik təklifini müsbət cavablandırdığı iddia edilir.