Ölkə futbolu
Dmitri Nazarovdan dubl, komandasından 5 qol – VİDEO
Yeni mövsümə hazırlığı davam etdirən Almaniyanın &quo…
Yeni mövsümə hazırlığı davam etdirən Almaniyanın "Ersgebirge" klubu yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, 2-ci Bundesliqada çıxış edən Aue təmsilçisi "Herta"nın U-23 kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun da heyətində yer aldığı "Ersgebirge"nin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan millimizin futbolçusu fasilədə əvəzlənib. Komandasının ilk iki qolunu da məhz Dmitri vurub. O, 15 və 20-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb.