Ölkə futbolu
“Qarabağ” Avstriyada son məşqə çıxdı
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qaraba?…
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” Kössen qəsəbəsində sonuncu məşqinə çıxıb.
Futbolinfo.az xəbər verir ki, ağdamlıların son hazırlığı geridə qalan gündə yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürüb və təxminən 1 saat yarım davam edib. Məşqdə taktiki və toplu çalışmalara üstünlük verib.
Məşqlərini sona çatdıran komanda iyulun 2-də sonuncu yoxlama matçını keçirəcək. “Qarabağ” yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) Danimarkanın “Brondbü” klubuyla qarşılaşacaq.