Dünya futbolu
“Milan”dan “Bolonya”ya
İtaliyanın “Milan” klubundan ayrılan Andrea Polinin yen…
İtaliyanın “Milan” klubundan ayrılan Andrea Polinin yeni iş yeri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını “Bolonya”da davam etdirəcək.
Bu barədə məlumatı klubun saytı yayıb. Məlumatda futbolçuyla 4 illik müqavilə bağlandığı qeyd edilib.
Poli karyerası ərzində “Trevizo”, “Sampdoriya”, “Sassuolo” və “İnter”in şərəfini qoruyub. O, 2013-cü ildən “Milan”ın uğurları üçün çalışırdı. Poli 2012-ci ildən şərəfini qoruduğu İtaliya millisində 5 oyun keçirib, 1 qol vurub.