Dünya futbolu
Emin Nurinin komanda yoldaşı "Udineze"də
İtaliyanın "Udineze" klubu heyətinə yeni futbolçu…
İtaliyanın "Udineze" klubu heyətinə yeni futbolçu cəlb edib. Futbolinfo.az xəbər verir ki, A Seriyasında çıxış edən Udine təmsilçisi İsveçin "Kalmar" klubunun yarımmüdafiəçisi Svante İnqelssonu sıralarına qatıb.
Bu barədə məlumatı sözügedən klubların rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, İnqelssonla 2021-ci ilədək müqavilə imzalanıb.
"Kalmar"ın yetirməsi olan 19 yaşlı futbolçu 2015-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. O, İsveçin müxtəlif yaş qrupları üzrə yığmalarında da forma geyinib.
Qeyd edək ki, İnqelsson "Kalmar"da 2008-ci ildən forma geyinən azərbaycanlı sağ cinah müdafiəçisi Emin Nuri ilə komanda yoldaşı idi.