Dünya futbolu
"Qarabağ"ın rəqibi 3 futbolçu ilə vidalaşdı, yığma üzvü transfer etdi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi &cced…
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Gürcüstanın "Samtredia" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, qonşu ölkə çempionu Portuqaliyanın "Mirandela" klubunda çıxış edən müdafiəçi Bakar Baldeni transfer edib.
Klub saytının yaydığı məlumata görə, Qvineya-Bisau yığmasının da şərəfini qoruyan sol cinah müdafiəçisi ilə müqavilə imzalanıb. Amma müqavilənin müddəti və maliyyə şərtləri açıqlanmır.
Qeyd edək ki, "Porto"nun yetirməsi olan Balde Portuqaliyada "Pasuş de Ferreyra", "Aroka", "Tondela", "Atletiko", "Beyra Mar", Polşada "Zavişa", CAR-da "Vasko da Qama", Serbiyada "Borats" kimi komandalarda oynayıb. 25 yaşlı müdafiəçi ölkəsinin yığmasında 15 oyun keçirib, 1 qol vurub.
"Samtredia" rəsmi saytı vasitəsilə 3 futbolçusunun komandanı tərk etdiyini də açıqlayıb. Bunlar qapıçı Nika Dauşvili, hücumçu David Çaqelişvili və rusiyalı forvard Konstantin Belovdu. Onlara gələcək karyeralarında uğurlar arzulanıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi