Ölkə futbolu
Gürcü mütəxəssis: "Cütün favoriti "Qarabağ"dı"
Gürcüstanın “Sioini” klubunun baş məşq&ccedi…
Gürcüstanın “Sioini” klubunun baş məşqçisi Vladimir Burduli açıqlama verib. Futbolinfo.az xəbər verir ki, mütəxəssis bu ölkənin "Samtredia" klubunun UEFA Çempionlar Liqasında rəqibi olan "Qarabağ" haqda danışıb:
“Qarabağ” təcrübəli və güclü kollektivdi. Onlar daim Avropa Liqasının qrupunda oynayırlar. Cütün favoriti Ağdam təmsilçisidi və bunu etiraf etməliyik. Amma bu o demək deyil ki, "Samtredia"nın heç bir şansı yoxdu. İnanıram ki, “Samtredia”nın baş məşqçisi “Qarabağ”a problem yaradacaq bir taktika fikirləşəcək”.
Gənc çalışdırıcı “Qarabağ”ın bahalı legionerlərinin olduğu da deyib: “Təəssüflər olsun ki, Gürcüstan klubları legionerlərinə azərbaycanlılar qədər pul verə bilmir. Əgər bizim gənc istedadlı futbolçularımızın yanında təcrübəli legionerlər də olsaydı, o zaman yaxşı nəticələr əldə etmək mümkün olardı”.
Burduli 2010-cu ildə qısa müddətdə “Neftçi”nin üzvü olub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib