Bizi izləyin

Ölkə futbolu

Robert Prosineçki: "Real" dünyanın ən böyük klubudu"

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqç…

blank

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Vecernji List"ə geniş müsahibə verib. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis ümumilikdə 58 sualı cavablandırıb. Həmin müsahibənin maraqlı hissələrini təqdim edirik:

– Xüsusi futbolçu karyeranız olub, indi isə məşqçisiniz. Hansına üstünlük verirsiniz?
– Dilemma qarşısında qalsam, oyunçu olmağı seçərdim. Cavan olursan, xoşuna gələnləri edirsən. Məşqçi kimi isə uğur və uğursuzluğun təzyiqi altında yaşayırsan, bütün komanda üçün narahatçılıq keçirirsən. Lakin komandan inkişaf edib irəliyə gedəndə, sənə xoş olur.

– Sevimli qələbələriniz?
– 1998-ci il dünya çempionatının final mərhələsində Almaniya üzərində 3:0 hesablı qələbəni qeyd edərdim. Baxmayaraq ki, həmin matçda oynamadım. Hollandiyanı bürünc medal uğrunda məğlub etdiyimiz görüşdə isə çıxış etdim.

– Ən yaxşı qolunuz?
– Elə bir qolum yoxdur. Bəlkə “Partizan”a vurduğum qolu fərqləndirmək olar.

– Oynadığınız ən yaxşı komanda?
– Xorvatiya millisi və 1990/1991 mövsümündə Çempionlar Kubokunu qazanan “Srvena Zvezda”.

– Gördüyünüz ən yaxşı komanda?
– Xosep Qvardiolanın “Barselona”sı. Heç bir komanda meydanda bu qədər dominantlıq etməyib.

– Tarixdə ən yaxşı futbolçu?
– Lionel Messi. O, hamımızdan yaxşı oynayır.

– Futbol tarixində ən böyük məşqçi?
– Yohan Kroyff.

– Uşaqlıqdakı futbolçu kumiriniz?
– Mişel Platini. Cazibədar və nəcib. Onun cərimə zərbələrinə aşiq olmuşdum.

– Bütün zamanların ən yaxşı xorvat futbolçusu?
– Davor Şuker və Luka Modriç.
 
-“Real Madrid” nə deməkdir?
– Dünyanın ən böyük futbol klubu. Fəxr edirəm ki, həmin ailənin bir parçası olmuşam. Ora gedəndə çox cavan olsam da, komandada özümə yer tapdım.

– “Barselona”?
– Bu, bir hərəkatdır. Klubdan da artıq bir anlayışdır.

– “Srvena Zvezda”?
– Bu komandanın uğurlu çıxış etdiyi dönəmləri unutmamalıyıq.

– Ən böyük futbol atmosferi?
– “Srvena Zvezda” və “Partizan” arasında olan Belqrad derbisi.

– “Bursaspor”a getməyib, Azərbaycanda qaldınız…
– "Bursaspor"a qorxaq kimi qaçmaq istəmirdim. Azərbaycan millisində vicdanla işləmişəm və inkişafa nail olmuşuq. Dekabra qədər orada qalacağam.

– 2008-ci il Avropa çempionatında Türkiyəyə məğlubiyyət?
– Yuxusuz gecə…

– Futbolda videotəkrar?
– Buna qarşı deyiləm. Amma hər xırda epizoda baxmaq düz deyil. Bu, futbolun gözəlliyini boğacaq.

– Futboldan başqa sevdiyiniz idman növü?
– Basketbol mənim üçün ikinci idman növüdür. 1980-ci illərin “Tsibona”sı zövq verirdi.

– Ən böyük xorvat idmançı?
– Yanitsa Kosteliç (xizəksürmə).
 
– Tarixin ən yaxşı idmançısı?
– Elələri çoxdur, lakin yenə də Maykl Cordanı deyərdim.

– Yuqoslaviya bir dövlət kimi?
– Yaxşı musiqi, böyük futbol, böyük idman. Lakin qoy, tarixdə qalsın.

– Bəs Xorvatiya?
– Böyük potensial var. Biz daha çox oxumalıyıq.

– Xorvat Demokratik Birliyi, yoxsa Xorvatiya Sosial-Demokrat Partiyası?
– Heç biri gözləntilərimizə cavab vermədi.

– Sosializm?
– Bu barədə düşünməmişəm. Cəmiyyətdə sosial impuls olmalıdır. Heç vaxt kasıb olmamışam. İnsanların əziyyətlərinin qarşılığını görmələrinin tərəfdarıyam.

– Kapitalizm?
– Bəli, amma Xorvatiyada olduğu kimi yox.

– Nikahı necə qorumaq lazımdır?
– Güzəştə getməliyik. Bəxtim gətirib, yoldaşımın öz hobbi və maraqları var. O, həm də qızlarımızın daha çox qeydinə qalır.

– İki qızınız var. Biri orta məktəbə yeni gedir, digəri 4-cü sinifdə oxuyur…
– Böyük qızım bədii istiqaməti seçib, çox yaxşı məşğuliyyətdir.

– Son 58 ilin ən böyük tarixi şəxsiyyəti?
– Nelson Mandela.

– Ən sevdiyiniz film?
– “Balkanlı cəsus”. (Report)

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-29 20:44

Azərbaycanın yığmaları Türkiyəyə toplanışa yollandılar

blank
Dünya futbolu2024-04-29 20:30

“Çelsi”dən gedəcəyini özü açıqladı

blank
Premyer-liqa2024-04-29 20:15

“Zirə” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2024-04-29 20:00

“Baku Sportinq”dən növbəti darmadağın

blank
Digər idman növləri2024-04-29 19:45

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
Dünya futbolu2024-04-29 19:31

Sançes Milanda qalmayacaq

blank
Digər idman növləri2024-04-29 19:14

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

blank
Dünya futbolu2024-04-29 19:00

Xavi Robertonun qalmasını istəyir

blank
Dünya futbolu2024-04-29 18:44

“Torino” Yuriçlə vidalaşır

blank
Dünya futbolu2024-04-29 18:32

Palladino iddialı komandadan dəvət gözləyir

blank
Əvəzedicilər2024-04-29 18:16

Liderdən inamlı qələbə, izləyicisindən darmadağın

blank
Digər idman növləri2024-04-29 18:00

Azərbaycan şahmatında ilk – Fətəliyeva Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-29 17:45

Türkiyə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-04-29 17:31

“Məqsədimiz 6 il öncəki uğurumuzu təkrarlamaqdır”

blank
Digər idman növləri2024-04-29 17:16

Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib

blank
Digər idman növləri2024-04-29 17:00

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” – Baxşıyev

blank
Digər idman növləri2024-04-29 16:44

Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Dünya futbolu2024-04-29 15:15

Ozan Canlı “Eyndhoven” evdə xal itirdi

blank
Digər idman növləri2024-04-29 15:00

Şahmatçımız Avropa çempionluğunun bir addımında

blank
Milli komanda2024-04-29 14:47

Millimizin heyətində daha bir dəyişiklik edildi

blank
Dünya futbolu2024-04-29 14:32

Salahla Kloppa məsləhət: “Son həftələrin dadını çıxartsınlar”

blank
Ölkə futbolu2024-04-29 14:17

II Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Müsahibə2024-04-29 14:05

Elvin Camalov: “Turnir cədvəlini yox, qarşıdakı oyunlarımızı düşünməliyik”

blank
Premyer-liqa2024-04-29 13:48

Elitada 200-cü oyun

blank
Digər idman növləri2024-04-29 13:31

MBA-da ilin məşqçisi məlum oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm