Ölkə futbolu
Öncə Svanadze, sonra Milovanoviç
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivə…
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "İnter" – "Mladost" oyunu öncəsi keçiriləcək mətbuat konfransı və açıq məşqlərin vaxtı dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, jurnalistlər önünə ilk olaraq “İnter”in çalışdırcısı Zaur Svanadze çıxacaq.
O, 18:30-dan etibarən KİV nümayəndələrinin suallarını cavablandıracaq. Bundan yarım saat sonra isə “bankirlər” oyunöncəsi son məşqinə çıxacaq.
20:00-da isə “Mladost”un çalışdırıcısı Nenad Milovanoviçin mətbuat konfransı keçiriləcək. Eyni qayda ilə, yarım saat sonra – 20:30-da serblər oyunöncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, sözügedən matç iyulun 6-da, saat 21:00-da “Dalğa Arena”da start götürəcək. İlk oyunda bakılılar 3:0 hesabıyla qalib gəliblər.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib