Ölkə futbolu
“Zirə”nin oyunu slovakiyalı hakimlərə tapşırıldı
“Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsi …
“Zirə”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Lüksemburq təmsilçisi “Differdanj”la cavab matçını idarə edəcək hakimlər açıqlanıb. Futbolinfo.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyunda slovakiyalı hakimlər iş başında olacaqlar.
“Munsipial de Differdanj” stadionunda keçiriləcək qarşılaşmanı Boris Marhefka idarə edəcək. Ona Tomaş Vorel və Yan Pozor köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Pavol Xmura yerinə yetirəcək.
Qeyd edək ki, bu kollektivlər arasında Bakıda baş tutan ilk matçda “Zirə” rəqibini 2:0 hesabı ilə məğlub edib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib