Ölkə futbolu
"Səbail"in Türkiyədə qarşılaşacağı bütün rəqibləri müəyyənləşdi
İyulun 10-dan Türkiyənin Kartepe qəsəbəsində təlim-məşq …
İyulun 10-dan Türkiyənin Kartepe qəsəbəsində təlim-məşq toplanışında olacaq "Səbail" futbol klubunun yoldaşlıq oyunu keçirəcəyi rəqibləri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, “aslanlar”ın ilk rəqibi Omanın U-23 yığması olacaq. Görüş iyulun 13-ə nəzərdə tutulub.
İyulun 15-də son mövsümü İran Pro-liqasında 4-cü pillədə başa vurmuş "Zob Ahan"la üz-üzə gələcək paytaxt klubu, iyulun 20-də Səudiyyə Ərəbistanını təmsil edən "Əl İttifaq" ilə qarşılaşacaq. 3 gün sonra "Səbail"in rəqibi Özbəskistan təmsilçisi "Paxtakor" olacaq.
Samir Əliyevin baş məşqçisi olduğu komanda hazırlıq prosesi çərçivəsində son oyununu iyulun 26-da Səudiyyə Ərəbistanının "Əl Raed" komandasına qarşı keçirəcək.
Qeyd edək ki, hazırda təlim-məşq toplanışını Bakıda keçən “Səbail” ötən müddət ərzində 2 yoxlama oyunu keçirib. “Sumqayıt”la heç-heçə edən (2:2) “aslanlar”, “Binə”ni məğlub ediblər (2:0). Azərbaycan Premyer Liqasının debütantı iyulun 8-də yenidən “Sumqayıt”la qüvvəsini sınayacaq.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”