Ölkə futbolu
Joze Alesio ilə müqaviləyə xitam verildi
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqç…
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə gətirilən Joze Alesio müqavilə ilə bağlı olduğu “Kayrat”dan ayrılıb. Futbolinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb.
Almatı təmsilçisi komandadan qalmaq istəməyən braziliyalını zorla saxlamaq fikrindən daşınıb. Bu üzdən “Kayrat” və məşqçi arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Klub rəhbərliyi Joze Alesioya komandadakı xidmətlərinə görə də təşəkkür edib və ona yeni işində – yəni Azərbaycan yığması və “Araz”da uğurlar arzulayıb.
Qeyd edək ki, 2014-cü ildə Azərbaycan yığması və “Araz”dan ayrılandan sonra Qazaxıstana üz tutan mütəxəssis ölkəmizə də müqaviləsi ola-ola dönmüşdü. “Kayrat” anlaşmaya qarşılıqlı şəkildə xitam veribsə, Qazaxıstan Futbol Federasiyası braziliyalının yığma ilə müqaviləsi barədə hələ danışmaq istəmir. Hərçənd onun millidə də müqaviləsinin başa çatmadığı bildirilir. Apasport
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib