Dünya futbolu
Con Terri rəsmən "Aston Villa"da
Mövsümün sonunda uzun müddət şərəfini qoruduğ…
Mövsümün sonunda uzun müddət şərəfini qoruduğu “Çelsi”dən ayrılan Con Terrinin yeni klubu rəsmən bəlli olub. Futbolinfo.az xəbər verir ki, “zadəganlar”ın sabiq kapitanı növbəti mövsümdən İngiltərə Çempionşip təmsilçisi “Aston Villa”nın uğurları üçün çalışacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 36 yaşlı müdafiəçi Birmingem təsmilçisi ilə 1 illik müqavilə bağlayıb. O, yenidən Premyer Liqaya qayıtmağı hədəfləyən yeni klubuna azad agent kimi keçib. Terri "Çelsi"də olduğu kimi, "Aston Villa"da da 26 nömrəli forma altında çıxış edəcək.
İngiltərə yığmasının da şərəfini qorumuş Terri 22 il idi yetirməsi olduğu "Çelsi"nin şərəfini qoruyurdu. O, yalnız 2000-ci ildə "Nottingem Forest"də icarədə oynayıb. Son mövsümdə doğma klubunda cəmi 15 oyuna çıxan təcrübəli müdafiəçi 1 qola imza atıb. O, 22 il ərzində "Çelsi"də bütövlükdə 492 oyuna 41 qol vurub.
Qeyd edək ki, Terrinin yeni klubu “Aston Villa” son mövsümü 13-cü pillədə başa vurub.
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-01 10:02
Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”