Dünya futbolu
Baneqa rəsmən "Sevilya"da
İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu…
İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi İtaliya "İnter"indən Ever Baneqanı transfer edib.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Argentina yığmasının şərəfini qoruyan 28 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Sevilya" Baneqa üçün doğma klubdu. O, 2014-2016-cı illər aralığında məhz bu komandada top qovub. Ever "İnter"ə 2016-cı ildə məhz bu klubdan transfer olunmuşdu.
Argentina millisinin yarımmüdafiəçisi daha öncə "Boka Xuniors", "Valensiya", "Atletiko" (Madrid) və "Nyuels Old Boys"da da çıxış edib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib