Dünya futbolu
Fransız yarımmüdafiəçi rəsmən “Roma”da – FOTO
İtaliyanın “Roma” klubu heyətini yeni futbolçuyl…
İtaliyanın “Roma” klubu heyətini yeni futbolçuyla gücləndirib. Futbolinfo.az xəbər verir ki, “canavarlar” Fransanın “Olimpik” (Lion) klubunun yarımmüdafiəçisi Maksim Qonalonu heyətinə cəlb edib.
Bu barədə məlumatı paytaxt klubunun rəsmi saytı yayıb. Məlumatda fransalı futbolçu ilə 2021-ci ilin 30 iyununa kimi müqavilə bağlandığı qeyd edilir. “Roma” 28 yaşlı futbolçu üçün onun sabiq klubuna 5 milyon avro ödəyib.
Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən Qonalon yetirməsi olduğu Lion "Olimpik"ində 2009-cu ildən çıxış edirdi. O, bu komandada keçirdiyi 242 qarşılaşmada 8 qola imza atıb. Maksim Fransa yığmasında da 7 oyun keçirib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar