Bizi izləyin

Layihə

Dəyişiklik ərəfəsində: Xələf axtarışı başladı

Həyatda əvəzedilməz insan yoxdur. Düzdü, kiməsə eynil?…

blank
Həyatda əvəzedilməz insan yoxdur. Düzdü, kiməsə eynilə əvəz tapmaq mümkün deyil, lakin zamanı gələndə hamını əvəz etmək olur.
 
Xələf sələfdən yaxşı və ya pis, hansısa xüsusiyyətlərinə görə biri digərinin tam əksi ola bilər. Amma istənilən halda, hamıya əvəzedici tapılır.
 
Hansısa önəmli işçini itirəcəksənsə, mütləq yerinə bir başqası gələcək. Qurduğun iş, sistem kiməsə görə dağıla bilməz, dağılmamalıdı. Dağılırsa, deməli, getməsi lazım olan ilk şəxs elə sən özünsən.
 
20 ildir içərisində olduğum redaksiya fəaliyyətində də belə görmüşəm. Saysız-hesabsız istedadlı insanlarla işləmişik. Gedişinə təəssüfləndiklərimiz də olub, getməsini özümüz istədiklərimiz də. Və bütün hallarda onları kimsə əvəz edib, adətən bütün əvəzetmələrin hazırlığına xeyli öncədən başlamışıq. Hansısa iş yoldaşımız gedəcəyini əvvəlcədən xəbər verəndə və ya artıq budaqdan qopmalı yarpaq olduğunu hiss etdikdə mütləq yerinə kimisə hazırlamışıq.
 
Bizi də əvəz ediblər, biz də əvəz etmişik.
 
Hər bir eranın sonu var. İşimiz futbol təsərrüfatıyladısa, mövzumuz da kənardan deyil. Necə məşqçilər, futbolçular, legionerlər, klubar, onların rəhbərlərini görmüşük. Fuad Musayevin dördəlli yapışdığı AFFA prezidenti postundan uzaqlaşdırılmasına da şahidik, ölkə futbolunun simasını dəyişən Mübariz Mənsimovun süqutunu da, dəb müəyyənləşdirən Hafiz Məmmədovun ofsayda salınmasını da.
 
İndi də ölkə futbolunun de-fakto sahibi Elxan Məmmədov erasının bitiminin işartıları görünür. Düzdü, konkret zaman demək çətindi – o, bu ilin sonunda da yola salına bilər, baş katibin qalxanı olan AVRO-2020 layihəsi yekunlaşanda da. Amma mütləq gedəcək. Çünki ölkə futbolu o qədər dərin böhrandadı ki, buradan qurtuluş yoxdu və KİMSƏ getməlidi.
 
Ölkədə bəlli sistem var. Belə ki, ən üst səviyyədə təmsil olunan insanlar adətən toxunulmaz qalır, iş icraçıları, əsasən də həddi aşanlar vurulur. Bu baxımdan futbolda da hədəf bəllidi. Milyonların havaya sovrulduğu dövlət proqramı sonucunda heç bir ciddi irəliləyiş yoxdur, uşaq-gənclər futbolunda durğunluq var, millinin nəticələri aclıq dövrüylə müqayisədə aşağı-yuxarı eynidi.
 
Yalnız klub futbolunda təzadlı durumdu. AFFA çempionat iştirakçıların sayını heç cür artıra, stabil saxlaya bilmir, müxtəlif dəstələrin təşkilində qüsurlar saysızdı. Bunun müqabilində 3 klubumuz Avropa Liqasında qrup mərhələsini görüb, “Qarabağ”la “Qəbələ” isə bunu adətə çevirib.
 
Amma klubların beynəlxalq arenada yüksələn nəticələrinin AFFA-ya yaxından-uzaqdan dəxli yoxdu. Sadəcə, bu klublar sabitliyə dayanan yaxşı sistem qurublar, sponsorları fədakarlıqdan çəkinmir və nəticəsini görürlər.
 
Milli səviyyəsində isə vəziyyət bərbaddı. Hay-küylü layihələr, “Niyə də yox?!” şüarı, Avro-2020-nin təşkilatçılarından biri olmaq böyük ölçüdə heç nəyi dəyişmir. Bütün bunlar yalnız dövlət qayğısının, büdcə pullarının xərclənməsinin nəticəsidi, hansısa real işin meyvəsi deyil.
 
Və bunun məntiqi nəticəsi kimi, futbol təsərrüfatında xaos var, tənəzzül dərinləşir. İndi günah keçisi tapmaq, məsuliyyəti boynuna yükləmək üçün kimsə lazımdı. Və təbii ki, bu baxımdan yalnız Elxan Məmmədov bütün parametrlərə uyğun gəlir.
 
Onun seçilməsində qəribə, qeyri-adi heç nə yoxdu. Əslində, dağıdılan milyonların qarşılığında heç bir irəliləyişin olmamasında həqiqətən də bir nömrəli günahkar odur. Komitəbaz baş katibin heç bir layihəsi uğurlu olmadı, 10 ili hədər etdi və əsas söz sahibi olmasına rəğmən, hansısa inqilabi dəyişiklik görmədik. Klubların bir əldə cəmləşməsi, futbol təsərrüfatında şəxsi mənafelərə xidmət edən monopoliyalaşma göstərdi ki, inkişaf üçün idarəetmənin bu üsulu keçərli deyil.
 
Təbii ki, Məmmədov istedadlı, bacarıqlı biridi. Onun tamamilə iş görmədiyini də demək insafsızlıq olar. Məhz onun sayəsində strukturlaşma mümkün oldu, ölkə futbolu müəyyən qəlibə düşdü, idarəetmə sistemi formalaşdı. O, yalnız şəxsi mənafeyi ön plana çıxanda xidmətlərini kölgə altına saldı.
 
Və belə bir kadrı ümumiyyətlə, siyahıdan silmək lazım olmayacaq, yəqin ki, başqa sahədə yenə ona güvənəcəklər. Amma futbol təsərrüfatında yeni nəfəsə ehtiyac var və seçimlər, tədbirlər görülməsi başlanılıb.
 
Yazının əvvəlində əvəzedici axtarışı, onun hazırlanması ilə bağlı qeydləri boşuna yazmamışam. Baş katib faktiki bütün ipləri öz əlində cəmləşdirib və sabah onun birdən-birə yola salınması ciddi tormozlanmaya səbəb ola bilər. Buna görə də onun səlahiyyətləri yavaş-yavaş əlindən alınır, idarəçilik başqalarına da öyrədilir. Onun fəaliyyətini diqqətlə izləyənlər, əməllərindən mətbuat vasitəsi ilə xəbər tutanlar da var.
 
(davamı olacaq)
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm